Ermənistan prezidenti Serj Sarkisyan bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərini və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsini qəbul edib. Modern.az “armtudey”-ə istinadən bildirir ki, görüşdə tərəflər Dağlıq Qarabağla bağlı aparılan danışıqlar prosesinin hazırkı mərhələsi barədə müzakirələr aparıblar. Həmsədrlər İrəvana Bakıdan gediblər.