Bu gün Bakıdakı Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilir.
Modern.az saytı xəbər verir ki, qurultay arıq başlayıb və hazırda davam edir. Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.
YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.
Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı 1992-ci il noyabrın 21-də mərhum eks-prezident Heydər Əliyevin sədrliyi ilə keçirilib.
Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.