Modern.az

Toğrul İsmayıl: "İqtidar bu məsələnin məsuliyyətini müxalifətlə paylaşmaq istəyir"

Toğrul İsmayıl: "İqtidar bu məsələnin məsuliyyətini müxalifətlə paylaşmaq istəyir"

Təhsil

18 İyul 2011, 23:39

AKP Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün aparılan sülh danışıqları və erməni-türk protokolları barədə müxalifətə heç bir məlumat vermir”.
Modern.az Türkiyənin “Huriyyət” qəzetinə istinadən bildirir ki, bu barədə müxalifətçi Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ABŞ dövlət katibi Hillari Klintonla görüşündə onun bu barədə olan sorğusuna cavab verərəkən deyib.  Hillari Klintonun «iqtidar deyir ki, erməni-türk protokllarının parlamentdə təsdiq olunmasına müxalifət imkan vermir» fikrini təəccüblə qarşılayan K.Kılıçdaroğlu deyib ki, bu protokolların təsdiq olunması üçün AKP-nin heç bir problemi yoxdur. Onun sözlərinə görə, hakimiyyət Dağlıq Qarabağ münaqişəsi və bu protokollar barədə heç bir məlumat vermir. O, həm də bu münaqişə ətrafında gedən danışıqlar prosesi barədə məlumatları KİV-dən alqılarını Klintonun diqqətinə çatdırıb. 

Türkiyədə yaşayan, Ekonomi və Texnoloji Universiteti Beynəlxalq Münasibətlər bölümünün müəllimi və siyasət elmləri doktoru Toğrul İsmayıl məsələ ilə bağlı suallarımızı cavablandırarkən bildirdi ki, AKP ona görə müxalifəti məlumatlandırmır ki, bu görüş məxfi olub. Ancaq bu, ictimaiyyətin önünə hazır variantda təqdim olunacaq. H.Klintonun sorğusuna Kılınçdaroğlunun təəccüblənməsini müsahibimiz belə izah etdi ki, tək müxalifət deyil, iqtidar da hələlik bu protokola səs vermək istəmir. Ekspertin fikrincə, iqtidar protokolların səsvermədən keçməsinin məsuliyyətini müxalifətlə paylaşmaq istəyir. 

Kılınçdaroğlunun Klintona verdiyi cavabında haqlı olduğunu deyən T.İsmayıl onu da qeyd etdi ki, protokollar hazırlıq dönəmində olduğu üçün iqtidar müxalifəti məlumatlandırmayıb: «Fikrimcə, ümummilli məsələlərdə geniş müzakirələrə ehtiyac yaranır. Belə olanda, iqtidar təklənmədən və xarici təzyiqlərdən özünü qorumuş olur».

Klintonun Türkiyənin Dağlıq Qarabağ məsələsindən uzaqlaşmasını istəməsini ekspert belə əlaqələndirdi ki, Vaşinqton iki məsələni, yəni Qarabağ məsələsi ilə protokolların ratifikasiya məsələsini bir-birindən ayrı tutmağa çalışır: «Əslində isə Vaşinqton Türkiyə-Ermənistan əlaqələrini yenidən və bir anda düzəltmək istəyir. ABŞ həm də bölgədə güclənməyə və bütün prosesləri öz nəzarətinə götürməyə çalışır».  

Rövşən Ziya     

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU