Modern.az

Əfv Komissiyası bu gün TOPLANIR

Əfv Komissiyası bu gün TOPLANIR

8 Fevral 2018, 15:01

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası 3-cü iclasına toplaşacaq.

 

Komissiyadan Modern.az-a verilən məlumata görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müvafiq rəylər hazırlanacaq.

Xatırladaq ki, ilk iclas yanvarın 30-da, ikinci iclas fevralın 2-də keçirilib.

 

Qeyd edək ki, müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış