Modern.az

Şimali Koreyada yeni ballistik raket nümayiş etdirildi

Şimali Koreyada yeni ballistik raket nümayiş etdirildi

8 Fevral 2018, 17:00

Cənubi Koreyada sabah başlayacaq Qış Olimpiya Oyunlarından bir gün əvvəl Şimali Koreyada hərbi parad keçirilib.

 

Bu haqda Modern.az xarici KİV-lərə istinadla xəbər verir. 

Məlumata görə, parad zamanı Pxenyanda “Hvason-15” yeni qitələrarası ballistik raket nümayiş etdirilib.

 

Bundan başqa, bu raketlərin daha əvvəlki modifikasiyası “Hvason-14” raketlər təntənəli keçiddə iştirak edib.

 

Ümumilikdə parada 13 min hərbçi qatılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış