Modern.az

Qurban Qurbanov köməkçisini “Qarabağ”dan uzaqlaşdırdı

Qurban Qurbanov köməkçisini “Qarabağ”dan uzaqlaşdırdı

8 Fevral 2018, 17:58

Bir müddətdir “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun köməkçisi vəzifəsində çalışan Namiq Yusifov baş məşqçinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

 

Bildirilir ki, N.Yusifov komandayla birgə Antalyaya təlim-məşq toplanışına gedib. Elə toplanış zamanı da Q.Qurbanov köməkçisini vəzifəsindən uzaqlaşdırıb.

 

Məsələni  “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Modern.az-a açıqlamasında təsdiqləyib:

 

“Namiq Yusifov bir müddətdir klubumuzda  məşqçi kimi fəaliyyət göstərirdi. Amma artıq onun klubumuzla əlaqəsi qalmayıb. Yəni vəzifəsindən kənarlaşdırılıb”.

 

Qeyd edək ki, Namiq Yusifov 2016-cı ildə futbolçu karyerasını başa vurduqdan sonra “Qarabağ”da məşqçi kimi fəaliyyətə başlamışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi