Modern.az

Nissan yeni ünvanda...

Nissan yeni ünvanda...

Təhsil

19 İyul 2011, 10:55

Dünyanın aparıcı avtomobil brendi olan Nissan Azərbaycanda da çox sevilir. Hər gün “Nissan Azərbaycan”ın Müştəri Xidmətləri Mərkəzinə daxil olan zənglər, sorğular və məktublarda yüzlərlə vətəndaşımız bu keyfiyyətli, qənaətcil və rahat yapon avtomobillərini necə əldə etməklə bağlı suallar ünvanlayır, təkliflər göndərir. Bölgələrdən daxil olan müraciətlərdə belə bir sual xüsusilə vurğulanır: “Bizim regionda Nissan təmsilçiliyi nə zaman açılacaq?” Bu tip sualların gündən-günə artması, müştərilərin Nissan avtomobillərinə marağının yüksəlməsinin nəticəsi olaraq “Nissan Azərbaycan” müxtəlif bölgələrdə nümayəndəliklərini təsis etməyə başladı. Əvvəlcə qədim tarixi şəhərimiz Gəncədə, sonra Şəkidə Nissan Satış və Servis Mərkəzləri fəaliyyətə başladı. Yola saldığımız ötən həftədə isə Nissan yeni bir ünvanda müştərilərinə qovuşdu. 16 iyul 2011-ci il tarixindən etibarən Azərbaycanın cənub bölgəsində - Lənkəranda da “Nissan”ın regional təmsilçiliyi öz işinə start verdi.

Satış və Servis Mərkəzinin açılışında “Nissan”ın Azərbaycanda rəsmi distribütoru “Nurgün Motors” şirkətinin nümayəndələri, media işçiləri, Lənkəranda bu hadisənin sorağını eşitmiş yerli, habelə ətraf rayonların da sakinləri iştirak edirdi. Rəsmi çıxışlardan sonra rəmzi qırmızı lent kəsildi və tədbirə toplaşanlar “Nissan”ın Lənkərandakı satış və servis mərkəzinin ilk ziyarətçiləri kimi salona daxil oldular. Salonda Nissan avtomobillərinin Azərbaycana idxal olunan bütün model sırası müştərilərə nümayiş etdirilirdi. Maraqlı bir fakt o oldu ki, məhz açılış günü ilk avtomobil - Nissan Micra satıldı.

Lənkəranda fəaliyyətə başlayan Nissan Satış və Servis Mərkəzi 3 nöqtəli – Salon, servis mərkəzi və ehtiyat hissələrinin satış məntəqəsi olmaqla işləyəcək. Bu isə cənub bölgəsində getdiyi yolları “Nissan”la dəyişən yerli sakinlərə yüksək səviyyədə xidmətin göstərilməsi üçün yetərlidir. Müştərilər “Nissan”ın Lənkəran nümayəndəliyindən də avtomobilləri 3 il və ya 100.000 km zəmanətlə, həmçinin əlverişli qiymətlər və sərfəli satış şərtləri ilə əldə edə biləcəklər.

Ünvan: Lənkəran şəhəri, Ləvəngi dairəsi
Tel.: (+994 25) 4 24 18





Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı