Modern.az

Bakıda yük avtomobili ofisə çırpıldı

Bakıda yük avtomobili ofisə çırpıldı

8 Fevral 2018, 20:26

Bakıda yük avtomobili ofisə girib. Modern.az APA-ya istinadən xəbər verir ki, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shacman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

 

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb. 

 

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış