Modern.az

Ermənistanda iqtidar-müxalifət dialoqu başlandı

Ermənistanda iqtidar-müxalifət dialoqu başlandı

Təhsil

19 İyul 2011, 11:04

Ermənistanda hakimiyyət –müxalifət dialoqu baş tutub. Modern.az Erməni Milli Konqresinin saytına istinadən bildirir ki, iqtidar koalisiyasının nümayəndəsi David Arutyunyan bildirib ki, işçi qrup Ermənistan prezidentini və icra hakimiyyətini təmsil  edir. Görüşü müsbət qiymətləndirən Aratyunyan bildirib ki, tərəflər öz mövqelərini ortaya qoyublar. Hakimiyyət təmsilçisinin sözlərinə görə, dialoqun gündəliyi hələ təsdiq edilməyib.

Müxalifətçi Erməni Milli Konqresinin təmsilçisi Levon Zurabyan da görüşü müsbət dəyərləndirib. O bildirib ki, işçi qrupa müxalifətin gözlədiyindən daha çox  səlahiyyətlər verilib.  Zurabyan qeyd edib ki, müxalifətin möveyi dəyişməyib və onlar növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyirlər.

O həmçinin deyib ki, növbədənkənar seçkilərin keçiirlməsi ilə bağlı məsələ sentyabr ayına qədər razılaşdırılmalıdır. “Əgər bu baş verməsə iqtidarla dialoq imkanları itiriləcək”.

 Hakimiyyət təmsilçisi isə bildirib ki, növbəti görüşün tarixi barədə məlumat veriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı