Modern.az

Həmsədrlər Nalbandyanla görüşüb

Həmsədrlər Nalbandyanla görüşüb

8 Fevral 2018, 21:34

İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik Edvard Nalbandyanla görüş zamanı  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvar görüşü zamanı əldə olunan razılaşmaları müzakirə edib. Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin potensialının genişləndirilməsi üzrə məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək