Modern.az

"Gallup": “Azərbaycanlılar milli pullarına daha çox etibar edirlər”

"Gallup": “Azərbaycanlılar milli pullarına daha çox etibar edirlər”

Təhsil

19 İyul 2011, 11:19

Ölkəmizin vətəndaşıları  rəy sorğusunda manata etibarlarına görə birinci yerə çıxdılar

Keçmiş SSRİ-nin əhalisnin böyük hissəsi öz əmanətlərini milli valyuta ilə saxlamağa üstünlük verirlər. Modern.az bildrir ki, bu barədə nüfuzlu “Gallup” sorğu mərkəzinin apardığı rəy sorğularının nəticələrində əks olunub.

Siyahıda birinci yeri Azərbyacan tutur. Ölkəmzin vətəndaşlarının öz milli puluna olan etibarına görə irəli çıxıb. Azərbaycanlıların 75 faizi əmanətlərin manatla saxlanmasına üstünlük verir. Ermənistanda isə əhalinin 63 faizi milli pula üstünlük verir. Üçüncü yerdə 56 faizlə Rusiya gəlir.

“Gallup”un nəticələrinə görə, belaruslar öz valyutalarına az etibar edir. Orada əhalinin cəmi 22 faizi əmanətlərinin milli rublda saxlamağa üstünlük verir. Gürcülərdə lariyə münasibətləri yaxşı deyil. Gürcüstanda əhalinin cəmi 28 faizi öz milli puluna etibar edir.

Sorğu nəticəsində həmçinin bəlli olub ki, keçmiş SSRİ-nin əhalisi arasında ABŞ dolları ən populyar pul vahidi olaraq etibarını saxlayır. Rəyi soruşulanlar avroya nisbətən üç dəfə artıq “yaşıl kağıza” etibar etdiklərini qeyd ediblər. 

“Gallup” sorğunu 3 min respondent arasında keçirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı