Modern.az

İki yüksək vəzifəli məmur rüşvət aldıqlarına görə edam edilib

İki yüksək vəzifəli məmur rüşvət aldıqlarına görə edam edilib

Təhsil

19 İyul 2011, 13:14

Çin Xalq Respublikasında külli miqdarda korrupsiya faktına görə ittiham olunan iki böyük şəhərin mer müavinləri edam olunub. Modern.az  “Sinxua” Agentliyinə istinadən bildirir ki, Hançjou şəhər merinin keşmiş müavini Syu Mayun 12 may 2011-ci ildə ölüm cəzasına məhkum edilib. Məhkəmə subut edib ki, o tutduğu dövlət postunda xidməti fəaliyyətindən istifadə edərək müxtəlif vaxtlarda 145 mliyon yuan (22,3 milyon dollar) rüşvət alıb. Bundan başqa o, 8,15 milyon dollar dövlət vəsaitini mənimsəyib.

Suşjou şəhər merinin müavini Si Jentsze isə şəhərdə tikinti işlərinə, nəqliyyata, yoların çəkilməsinə cavabdeh olub. O da 14 milyon dollar civarında rüşvət aldığına görə məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı