Mərkəzi Seçki Komissiyasının bu gün keçiriləcək iclasında ölkə üzrə Dairə Seçki Komissiyalrının tərkibi təsdiq ediləcək. Bu barədə Modern.az saytına MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, hər seçki dairəsinin 9 üzvündən 3-ü parlamentdə çoxluq təşkil edən partiyanın MSK-dakı nümayəndəsi tərəfindən, digər 3 üzvü azlıqdakı partiyaların MSK-dakı nümayəndələri tərəfindən, yerdə qalan 3 üzv isə bitərəflərin qurumdakı nümayəndərələri tərəfindən təqdim edilib.
Qeyd edək ki, Modern.az Milli Məclisin azlıqda qalan siyasi partiyalarının Dairə Seçki Komissiyaları üzrə namzədlərini razılaşdırdığı barədə məlumat yaymışdı. Bu barədə Modern.az-a MSK-nın katibi Mikayıl Rəhimov açıqlama vermişdi. Onun sözlərinə görə, bütün yerlər qarşılıqılı razılaşma yolu ilə bölüşdürülüb. Mikayıl Rəhimovun sözlərinə görə, yerlər bölünərkən siyasi qüvvələr arasında heç bir narazılıq yaranmayıb.
2010-cu ildə keçirilən parlament seçkiləri nəticəsində 6 siyasi partiya Milli Məclisə keçib. Qanunvericiliyə görə, BXCP, Ədalət, Demokratik İslahatlar, Ümid, VHP, Böyük Quruluş partiyaları Dairə Seçki Komisisyalarının tərkibinin formalaşmasında iştirak edir. Bu partiyalar hər dairə üzrə üç nəfərin namizədəliyini təklif edir.
***
Modern.az-ın məlumatına görə, artıq MSK-nın iclası başa çatıb. Dairə Seçki Komissiyalarına ümumilikdə 1125 nəfər üzv seçilib. Bunlardan 375 nəfər parlamentdə azlıqda təmsil olunan 9 partiyanı, 375 nəfər YAP-ı, 375 nəfər isə heç bir partiyaya mənsub olmayan müstəqil deputatları təmsil edəcək.
Modern.az