Modern.az

Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edildi

Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edildi

Aktual

9 Fevral 2018, 15:22

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib.

 

Bununla bağlı “Sanitariya- epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər edilir.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Xidmətin bu vəzifəsi ləğv edilir.

 

Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti artıq qida məhsullarına şamil edilməyəcək.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış