Modern.az

ATƏT PA-nın Qarabağ üzrə xüsusi nümayəndəsi: “Qarabağ münaqişəsi erməni və Türkiyə münasibətləri ilə bağlıdır”

ATƏT PA-nın Qarabağ üzrə xüsusi nümayəndəsi: “Qarabağ münaqişəsi erməni və Türkiyə münasibətləri ilə bağlıdır”

Təhsil

19 İyul 2011, 15:11

“Mandatıma uyğun olaraq mənim işimin əsas hissəsi bölgə dövlətlərində mühüm demokratik islahatları özündə əks etdirəcək proseslə bağlı olacaq”. Modern.az bildirir ki, bu sözləri erməni jurnalistlərinə müsahibəsində ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə yeni xüsusi nümayəndəsi təyin edilmiş Joao Suareş görəcəyi işlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllində ATƏT PA tərəflərə öz resurslarını təqdim etməyə hazrdır. “Mən regionda parlamentarilərin yaxınlaşdırılması üçün “körpü” rolunu oynamağa hazıram”.

Dağlıq Qarabağ danışıqları ilə bağlı məsələyə toxunan Suareş bildirib ki, bu danışıqlar hazırda mühüm mərhələdədir.
“Minsk Qrupu çərçivəsində aparılan danışıqlar hazırda mühüm mərhələdədir. Bu danışıqlarla bağlı məndə ehtiyatlı bir nikbinlik yaranıb. Avropa istəyir ki, Qafqaz inkişaf edərək onunla böyük siyasi yaxınlığa doğru hərəkət etsin. Dağlıq Qarabağ münaqişəsinin həlli bu istiqamətdə vacib addım olacaq”.

Xüsusi nümayəndə kimi bütün tərəflərlə diskussiyalara həmişə açıq olacağını deyən Suareş qeyd edib ki, hələ ATƏT PA-nın prezidenti olarkən Dağlıq Qarabağın erməni və keçmiş azərbaycanlı əhalisi ilə görüşüb. “Hələlik regiona səfərimi planlaşdırmamışam”.

O, Ermənistan – Türkiyə münasibətlərinə də toxunub. Suareş qeyd edib ki, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsi ilə bir-birinə bağlıdır.
“Ancaq aydındır ki, heç bir ölkə sərhədləri bağlayaraq inkişafa nail ola bilməz. Hər iki ölkə arasında yaxınlaşma çox maraqlı inkişafa səbəb ola bilər. Mən Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaranmasını dəstəkləyirəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı