Modern.az

Cənubi Koreya prezidenti Şimali Koreya liderinin bacısı ilə görüşdü

Cənubi Koreya prezidenti Şimali Koreya liderinin bacısı ilə görüşdü

Aktual

9 Fevral 2018, 17:30

Cənubi Koreya prezidenti Mun Ce-in Pxençan şəhərində Qış Olimpiya Oyunlarının açılış mərasimində Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo-conq ilə görüşüb və onunla qısa söhbət edib.

 

AZƏRTAC xəbər verir ki, Kim Yo-conqun da daxil olduğu KXDR rəsmi nümayəndə heyəti Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Cənubi Koreyaya gəlib.

 

Nümayəndə heyətinin fevralın 10-da Seulda Cənubi Koreya prezidenti Mun Ce-in ilə görüşü nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış