Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər.
Piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsini təmin etmək üçün "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib.
Yol hərəkəti üzrə ekspet Ərşad Hüseynovun sözlərinə görə, əksər piyadalar illər keçsə də, cərimələri ödəməkdən boyun qaçırırlar. Qanuna dəyişikliklərin edilməsində əsas məqsəd də məhz ödənilməyən cərimələrin qalmamasıdır. Bu dəyişiklik, həmçinin, piyadaların üzərinə bəzi vəzifələr qoyur.
Ekspertlər piyadaları nizam-intizamlı olmağa və tətbiq edilmiş cərimələri vaxtında ödəməyə çağırırlar.