“Ukrayna Silahlı Qüvvələri Rusiyaya hücum etməyə hazırlaşmır”. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Qərargahının rəhbəri Viktor Muşenko bildirib.
“Biz Volqaya qədər getməyə hazırlaşmırıq. Biz öz torpaqlarımıza getmək istəyirik. Kimlərin saxta xəbər yaymasından asılı olmayaraq, bizim Ukrayna sərhədləri xaricində hər hansı vəzifəmiz yoxdur”, - Baş Qərargah rəhbəri bildirib.
Muşenko onu da əlavə edib ki, hərbi islahatların ən önəmlilərindən biri də Silahlı Qüvvələrin çevikliliyinin artırılmasıdır.