Modern.az

Dövlət Komissiyası: "Ermənilər Roman Hüseynovu Yerevanda saxlayırlar"

Dövlət Komissiyası: "Ermənilər Roman Hüseynovu Yerevanda saxlayırlar"

Təhsil

19 İyul 2011, 16:16

22 avqust 2010-cu il tarixdə Daşkəsən rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbciləri tərəfindən əsir götürülmüş Azərbaycan hərbçisi, 1985-ci il təvəllüdlü Huseynov Roman Novruz oğlunun azad olunması istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilir. BQXK-nın məlumatına əsasən, R.Hüseynov Ermənistan Respublikasının Yerevan şəhərində saxlanılır.
Modern.az-ın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu bildirib. Qurumun məlumatında qeyd edilib ki, Dövlət Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Bu istiqamətdə Komissiyanın İşçi qrupunda aparılmış işlərin nəticəsi kimi 53 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə göndərilib.

Dövlət Komissiyasının məlumatına görə, bu ilin birinci yarısında bir Azərbaycan əsgəri (Hacıyev Anar Xanbaba oğlu) əsirlikdən oğlu azad olunub, bir Ermənistan vətəndaşı (Badalyan Artur Qrişayeviç) isə ölkəsinə verilib.

Dövlət Komissiyasının bu ilki araşdırması zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək qeydiyyata alınıb və onların adları müvafiq siyahıya salınıb. 24 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb. 24 nəfərdən 9 nəfərinin həlak olduğu, 10 nəfərinin itkin düşmədiyi, 3 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilib. 1 iyul 2011-ci il tarixə olan məlumata görə, 4043 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 13 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 473 nəfər barədə 708 sorğu göndərilib. 1000-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların «axtarış-araşdırma iş»lərinə əlavə olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı