Modern.az

Polis əməliyat keçirdi - 54 nəfər TUTULDU

Polis əməliyat keçirdi - 54 nəfər TUTULDU

10 Fevral 2018, 08:59

Respublika ərazisində ötən gün ərzində daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

 

Məlumatda bildirilib ki,  axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Qeyd olunur ki, ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi