Modern.az

Gəncədə külli miqdarda narkotik müsadirə edildi

Gəncədə külli miqdarda narkotik müsadirə edildi

10 Fevral 2018, 11:26

Ötən gün Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Fevralın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Qiyasbəyli olduğu məlum olub. Baxış zamanı onun üzərindən 47 qram tiryək aşkar edilib.

 

Davam etdirilən əməliyyat tədbirləri ilə onun evinə də baxış keçirilib.

 

Polis əməkdaşları tərəfindən oradan  əlavə olaraq  4 kiloqram 6 qram marixuana və 985 qram tiryək aşkar edilib.

 

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi