Türkiyədə mikroavtobusun yük maşını ilə toqquşması faciə ilə nəticələnib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Kahramanmaraş şəhərində baş verib. Belə ki, mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb, 8 nəfər də yaralanıb.
Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.