Türkiyənin ədliyyə naziri Abdülhəmid Gül terror təşkilatlarından tutulan məhbus və məhkum sayını açıqlayıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Abdülhəmid Gül terrorla mübarizə prosesindən danışıb. O, çıxışı zamanı həbs edilənlərin konkret rəqəmlərindən də bəhs edib.
"Bugün də daxil olmaqla, məhbus və məhkumların sayı FETÖ-dən 38 min 470, PKK-dan 10 min 79, İŞİD-dan 1354 nəfərdir”.