Dünyanın siyasi liderləri geyimləri ilə yanaşı, istifadə etdikiləri aksesuarlarla da diqqət mərkəzindədirlər. Bu aksesuarların başında saatlar daha çox diqqəti çəkir. Modern.az saytı xarici mediaya istinadən bir neçə siyasi liderin hansı markaya məxsus saat istifadə etdiyi diqqətə çatdırır.
İtalyanın baş naziri Silvio Berluskoni “Vaçeron Konstantin” markasına məxsus saat istifadə edir. İsvecrədə hazırlanan bu saatın dəyəri 587 min dollardır. Berluskoninin milyonlarla dollarlıq saat kolleksiyasının olduğu da məlumdur.
Çeçenistan lideri Ramzan Kadırov futbola və bahalı maşınlara olan marağı ilə tanınır. Çeçen dövlət başçısının başqa bir marağı da saatlardır. Bir illik maaşı 118 min dollar olan Kadırov “Bovet” markasına məxsus dəyəri 300 min dollar olan saat taxır.
Şəkillərə və rok musiqisinə olan marağı ilə fərqlənən Rusya prezidenti Dimitri Medvedev 32 min dollar dəyərində İsveçrə istehsalı olan “Breguet” markalı saat taxır. Medvedevin həyat yoldaşı Svetlana xanım da eyni markalı saata üstünlük verir.
Fransa prezidenti Nikola Sarkozi 27 min dollar dəyərində “Rolex Daytona” markalı saatdan istifadə edir.
Rusyanın baş naziri Vladimir Putin isə “Blancpain” markalı saat taxır. Putin 10 min 500 dolar dəyərindəki bu saatını keçən il Tulaya səfəri zamanı bir çobana hədiyyə etmişdi.
ABŞ prezidenti Barak Obama isə prezident postuna gəldiyi 2008-ci ildən bu günə qədər sadə davranışları ilə diqqət çəkməyə çalışıb. Obama xalqdan biri olduğunu göstərmək üçün hamının istifadə edə biləcəyi Çin istehsalı “Jorg Gray 6500” markalı saat taxır. Bu saatın dəyəri isə cəmi 427 dollardır.
Modern.az