Modern.az

Türkiyədə 31 İŞİD-çi TUTULDU

Türkiyədə 31 İŞİD-çi TUTULDU

10 Fevral 2018, 14:29

Türk polisi İstanbulda İŞİD üzvü olduğundan şübhələndiyi 31 nəfəri hücuma hazırlaşarkən saxlayıb.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, polis şəhərin 3 rayonunda 6 ünvanda axtarış aparıb. Saxlananların hamısı əcnəbidir.

 

Qeyd edək ki, türk polisi İŞİD-ə qarşı əməliyyatları keçən ilin sonunda gecə klubunda Yeni İl şənliyinə silahlı basqından sonra artırıb. Basqın zamanı 39 nəfər öldürülmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi