Modern.az

Mehdiabadda qumbara tapıldı

Mehdiabadda qumbara tapıldı

10 Fevral 2018, 16:00

Mehdiabadda əl qumbarası aşkarlanıb.

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Modern.az-a verilən məlumata görə, DİN-nin Abşeron RPİ-nin Mehdiabad PB-dən Agentliyə 1 ədəd əlqumbarasının aşkar olunması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əlqumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi