Modern.az

Afrində Türkiyənin helikopteri vuruldu - Ərdoğandan AÇIQLAMA

Afrində Türkiyənin helikopteri vuruldu - Ərdoğandan AÇIQLAMA

10 Fevral 2018, 16:27

Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında deyib.

 

"Az əvvəl helikopterimiz vuruldu. Təbii ki, bütün bunlar olacaq. Müharibənin içindəyik. İtkimiz olacaq, amma bizm bir helokopterimiz vuruldusa, onlar bunun əvəzini qatbaqat ödəyəcəklər”.

 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi