Modern.az

Türkiyənin 2 pilotu Afrində şəhid oldu

Türkiyənin 2 pilotu Afrində şəhid oldu

10 Fevral 2018, 17:00

Xəbər verdiyimiz kimi Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afrində vurulan helikopterin hər iki pilotu şəhid olub. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi