Modern.az

“Qarabağ”la  “Qəbələ” qolsuz bərabərliklə ayrıldı

“Qarabağ”la  “Qəbələ” qolsuz bərabərliklə ayrıldı

10 Fevral 2018, 21:21

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Modern.az xəbər verir ki, günün mərkəzi oyunu "Qarabağ”la "Qəbələ” komandaları arasında keçirilib. "Azərsun Arena”da üz-üzə gələn komandalar yaşıl meydandan qolsuz bərabərliklə ayrılıblar. Bununla da xallarını 38-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ" ilə 6 xallıq fərqi qoruyub.

 

Qeyd edək ki, "Zirə” və "Sumqayıt”  komadaları araında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Tura isə fevralın 11-də keçiriləcək "Keşlə" - "Səbail" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi