Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 26 il ötür. Modern.az xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunan 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib. Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.
İşğal nəticəsində hər iki kənddən olan 30-dək dinc sakini qətlə yetirilib. Yüzlərlə dinc sakin yaralanıb.