“Borçalı” İctimai Cəmiyyəti Milli Mətbuat günü münasibətilə bəzi media mənsublarını mükafatlandırıb. Modern.az saytının məlumatına görə, son bir il ərzində cəmiyyətə ardıcıl informasiya dəstəyi verdiyi üçün “Borçalının Dostu” diplomu ilə təltif olunmuş media orqanları aşağıdakılardır:
2010-cu ildə Gürcüstanda keçirilən “Borçalı Türklərinin Elat bayramı günü” tədbirini işıqlandırdığı və Borçalı haqqında serial verilişlər hazırladığı üçün Zərnişan Ağayeva (AzTv-nin “Turan” proqramı), son bir il ərzində cəmiyyətmizə ardıcıl informasiya dəstəyi verdiyi üçün “Azad Azərbaycan Teleradio və yayım şirkəti”, “Yeni Müsavat” qəzeti, “Bütöv Azərbaycan” qəzeti, “Millətçilik” qəzeti, “Şərq” qəzeti, “Olayar” qəzeti, “Təzadlar” qəzeti, “Elimiz Günümüz” qəzeti, “Zerkalo” qəzeti, “Yeni Nəfəs” qəzeti, “Euroxəbər” qəzeti, “Türküstan” qəzeti, “Mövqe” qəzeti, “Nota” qəzeti, “mia.az” saytı, “anspress.com” saytı, “regionmedia.net” saytı, “apa.az” saytı, “yalquzaq.com” saytı, “media fm” radiosu.
“Borçalının Dostu” diplomunu media mənsublarına cəmiyyətin sədri Zəlimxan Məmmədli təqdim edib.
Modern.az