Moskva ətrafında qəzaya uğramış "An-148" sərnişin təyyarəsində olanların hamısı həlak olub. Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskva Vilayətlərarası Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqladığı siyahıya görə, hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub.
Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.
Qəzaya uğrayan "An-148" sərnişin təyyarəsinin "qara qutu"larından biri artıq tapılıb. Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.