Modern.az

XİN təyyarə qəzasında ölən azərbaycanlının vətəndaşlığını araşdırır

XİN təyyarə qəzasında ölən azərbaycanlının vətəndaşlığını araşdırır

11 Fevral 2018, 21:09

“Rusiyada qəzaya uğrayan təyyarədə olan azərbaycanlı sərnişinin vətəndaşlığı araşdırılır”. Modern.az xəbər verir ki, bunu “Trend”ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

H.Hacıyev deyib: "Aidiyyəti dövlət qurumları ilə birlikdə Rusiyada qəzaya uğrayan təyyarədə olan sərnişin Qəhrəmanov Namiqin Azərbaycan vətəndaşı olub-olmaması araşdırılır. Əlavə məlumat veriləcək".

 

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək