Modern.az

Qalmaqal: Sabir Rüstəmxanlı və Firudun Pərvizniya DAK həmsədrliyindən çıxarıldı

Qalmaqal: Sabir Rüstəmxanlı və Firudun Pərvizniya DAK həmsədrliyindən çıxarıldı

Qarabağ

19 İyul 2011, 20:32

 İyulun 19-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyəti qurumun Nizamnaməsinin 5.1/5.3/5.4. maddələrini əsas tutaraq  növbədənkanar toplantı keçirib.
Təşkilatdan Modern.az-a verilən məlumata görə, DAK-ın XI-ci Qurultayından bü günə qədər DAK həmsədrləri Sabir Rüstəmxanlının, Frudun Pərvizniyanın və DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin qanunsuz fəaliyyətləri DAK İdarə Heyətinin gündəliyinə salınaraq müzakirə olunub.

DAK İdarə Heyətinin üzvləri gündəlikdə duran  məsələlərin müzakirəsindən sonra DAK Nizamnaməsinin 5.5 maddəsini əsas tutularaq bir necə qərarlar verilib.

Həmin qərarlar qəbul olunarkən DAK həmsədrləri Sabir Rüstəmxanlı ilə Firudun Pərvizniyanın və DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin DAK-ın Nizamnaməsini davamlı olaraq kobud şəkildə pozaraq özbaşına, məsuliyyətsiz qərarlar vermələri, Nizamnaməyə heç bir məhəl qoymadan öz şəxsi istəklərinə uyğun qanunsuz hərəkətlər etmələri, DAK-ın fəaliyyətində yüksək xidmətlər göstərmiş şəxsiyyətlərə qarşı apardıqları neqativ fəaliyyətləri əsas götürülüb. Bu günkü toplantıda qəbul edilən qərarlar aşağıdakılardan ibarətdir:
”DAK-ın Nizamnamənin 5.5 maddəsinə əsasən DAK həmsədrləri Sabir Rüstəmxanlı və Frudun Pərvizniya DAK Həmsədrliyindən azad olunsunlar. DAK-ın növbəti qurultayına qədər DAK Həmsədrlərinin səlahiyyətləri DAK Nizamnaməsinin 5.9 maddəsinə əsasən DAK İdarə Heyətinə həvalə edilsin.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə DAK Daimi Şurasının sədrliyindən azad edilsin. DAK Daimi Şurasının fəaliyyəti növbəti qurultaya qədər dayandırılsın.

DAK İdarə heyətinin üzvü Sabir Rüstəmxanlıya və DAK İdarə Heyətinin üzvü Əjdər Tağızadəyə DAK-ın Nizamnaməsini dəfələrlə kobud şəkildə pozduqlarına, DAK-ın Ali orqanı olan Qurultayın verdiyi qərarlara məhəl qoymadıqlarına, Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətində  göstərdikləri bir çox  neqativ hərəkətlərinə görə töhmət elan edilsin”.

Sonda DAK Nizamnaməsinin 4.3 maddəsi əsas götürülərək, DAK-ın  növbədənkənar qurultayının çağırılmasi məsələsi müzakirə edilib. Müzakirələrdən sonra növbədənkənar qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. DAK İdarə Heyyətinin  üzvləri Mirəşrəf Fətiyev,  Bəhruz Həqqi, Hüseyin Vüsuqi,  Baba Tağıyev, Oktay Hüseynov, Fərəməz Quluzadə və Səftər Rəhimli Qurultaya Hazirliq Təşkilat Komitəsinin üzüvləri seçiliblər.

Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyatinin növbədənkənar toplantısına Mirəşrəf  Fətiyev sədrlik, Oktay Hüseynov katiblik edib.

Qeyd edək ki, bir neçə gün öncə Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya sərəncam imzalayıb iki ildən artıq müddətdə DAK-ın Azərbaycan nümayəndəliyinin qeydiyyata alınması mümkün olmadığına görə bu qurumun fəaliyyəti dayandırıblar. Həmin sərəncamla DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri məsuliyyətindən azad edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama