Modern.az

130 mindən çox ev elektrik enerjisiz qaldı

130 mindən çox ev elektrik enerjisiz qaldı

11 Fevral 2018, 22:39

Avstraliyanın Kvinslend ştatında pis hava şəraitinə görə 130 mindən çox ev elektrik enerjisiz qalıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, şimşək çaxması ilə müşahidə edilən leysan yağış və güclü külək Kvinslendin cənub-şərq hissəsinə, xüsusən ştatın mərkəzi Brisben və qonşu Loqan şəhərlərinə ciddi ziyan vurub.

 

Məlumata görə, qasırğa davam etdiyinə görə hələlik elektrik şəbəkəsinin təmirinə başlanmayıb.

 

Şimşək vurması nəticəsində bir nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdiyi də bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək