Modern.az

İnternet asılılığı olan uşaqlara daha həssas yanaşmaq lazımdır

İnternet asılılığı olan uşaqlara daha həssas yanaşmaq lazımdır

11 Fevral 2018, 23:52

Azərbaycanın internet provayderləri yeniyetmələrin internetin mənfi təsirindən müdafiəsini təkbaşına təmin etmək iqtidarında deyil. Modern.az xəbər verir ki, bunu “Trend”ə İnformasiya Problemlərinin Araşdırma Mərkəzinin direktoru Yaşar Hacıyev deyib.

 

Y.Hacıyevin sözlərinə görə, bu problemin araşdırılmasına müəyyən qəyyum şuraları, məktəblərin nəzdində fəaliyyət göstərən müvafiq komitələr və digər təşkilatlar cəlb olunmalıdır: "İlk növbədə psixoloji aspektlər ön plana çıxır. İnternet asılılığı olan uşaqlar var ki, onlara daha həssas yanaşmaq lazımdır. Bu çox ciddi problemdir və hələ də öz cavabını tapmayıb. Bu elə bir problemdir ki, internet provayderlər çətin ki, təkbaşına bunun öhdəsindən gəlsin. Cəmiyyət də bu amilin mövcudluğundan narahat olmalıdır".

 

Qeyd edək ki, hətta 2004-cü ildən Beynəlxalq Təhlükəsiz İnternet günü təsis olunub ki, bu da problemə nə qədər önəm verilməsinin vacibliyini bir daha sübut edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək