Sosial şəbəkələrdə aviadispetçerlərin qəzaya uğramış “AN-148” təyyarənin ekipaj heyətinə müraciətini əks etdirən səs yazısı yayılıb. Modern.az xəbər verir ki, səs yazısından dispetçerlərin dəfələrlə 703 reysinin heyətinə çağırış etdiyi aydın olur.
Qeyd edək ki, bu gün Rusiyanın “АN-148” sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtulan yoxdur.