Modern.az

Son iki gündə 200 cinayət...

Son iki gündə 200 cinayət...

12 Fevral 2018, 08:34

Fevralın 10-12 tarixlərində respublikanın daxili işlər orqanları tərəfindən 200 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, həmin dövr ərzində axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək