Modern.az

Deputat tanınmışlarla bağlı təqdimatda - FOTO  

Deputat tanınmışlarla bağlı təqdimatda - FOTO  

12 Fevral 2018, 09:14

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  Lənkəranda Ləj kənd orta məktəbinin gənc tarix müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Əliyevin doğulub, boya-başa çatdığı doğma kəndinin tanınmış şəxsiyyətləri və etnoqrafiyası barədə işıq üzü görmüş kitabının müzakirəsində iştirak  edib.


Tədbirdə iştirak edənlərdən "Aşkarlıq" qəzeti təsisçisi və baş redaktoru Etibar Əhədov, “Lənkəran” qəzetinin baş redaktor müavini İltifat Əhmədov, Ləj kənd icra nümayəndəsi Bayram Cəfərov, kəndin axundu,  gənc teologiya alimi Samid Quliyev  və adları bilavasitə kitabda qeyd olunmuş Qarabağ müharibəsi veteranları çıxış edərək öz ürək sözlərini bildiriblər.


Müzakirələrdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kəndin abadlaşdırılması, problemlərinin həlli istiqamətində gördüyü işlərdən də danışılıb.

Sonda kitabın müəllifi Aqşin Əliyev gənc yazarlara göstərdiyi qayğıya və şəxsən ona olunan dəstəyə görə rayon rəhbərliyinə və Hadi Rəcəbliyə təşəkkür edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək