“Mənim Dünya Azərbaycanlıları Kongresinin rəhbərliyindən çıxarılmağımla bağlı məsələ boş cəfəngiyyatdır”. Bu sözləri Modern.az-a DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı qurumun İdarə Heyəti adından növbədənkənar toplantı keçirib müvafiq qərarlar qəbul edənlərə cavab olaraq bildirdi. S.Rüstəmxanlı özünün və digər həmsdər Firidun Pərvizniyanın həmsədrlikdən azad edilməsi ilə bağlı qərarı Modern.az-a şərh edərkən bildirib:
“Bu böş və cəfəngiyyatdır. Biz DAK-ın Azərbaycan nümzyəndəliyini bağlamaq qərarı vermişik. İndi hər təyin etdiyimiz şəxs bizi vəzifədən çıxaracaq?”-deyən S.Rüstəmxanlı vurğulayıb ki, bu məsələni hazırda araşdırırlar.
Qeyd edək ki, iyulun 19-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin növbədənkanar toplantısının keçirildiyi barədə məlumat yayılıb. Orada DAK həmsədrləri Sabir Rüstəmxanlı ilə Firudun Pərvizniyanın qurumun Nizamnaməsini davamlı olaraq kobud şəkildə pozaraq özbaşına, məsuliyyətsiz qərarlar vermələri, Nizamnaməyə heç bir məhəl qoymadan öz şəxsi istəklərinə uyğun qanunsuz hərəkətlər etmələri, DAK-ın fəaliyyətində yüksək xidmətlər göstərmiş şəxsiyyətlərə qarşı apardıqları neqativ fəaliyyətləri əsas götürülüb, onları DAK həmsədriliyindən azad ediblər.
Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyatinin növbədənkənar toplantısına Mirəşrəf Fətiyev sədrlik, Oktay Hüseynov katiblik edib.
Qeyd edək ki, bir neçə gün öncə Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya sərəncam imzalayıb iki ildən artıq müddətdə DAK-ın Azərbaycan nümayəndəliyinin qeydiyyata alınması mümkün olmadığına görə bu qurumun fəaliyyəti dayandırıblar. Həmin sərəncamla DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri məsuliyyətindən azad edilib.
Modern.az