Modern.az

Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizə endirib

Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizə endirib

12 Fevral 2018, 11:55

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti fevralın 12-də uçot dərəcəsinin 15 faizdən 13 faizə, faiz dəhlizinin yuxarı həddinin 18 faizdən 16 faizə, aşağı həddinin isə 10 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Bu müsbət meyillərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək.

Faiz dəhlizinin parametrlərinin dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə alıb.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcək.

"Mərkəzi Bankın uçot dərəcəsinə bundan sonra da baxaraq onu daha da azaltması üçün potensialı var". Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

“Mərkəzi Bank, eyni zamanda, inflyasiyanı da nəzarətdə saxlamağa çalışacaq. Hər hansı xarici şoklar yaranmazsa, qiymət artımı hədəflədiyimiz 6-8 faiz səviyyəsində olacaq”, - deyə o qeyd edib.

Elman Rüstəmov onu da deyib ki, bu ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları artacaq.

O qeyd edib ki, ilin sonuna tədiyə balansı müsbət olacaq: “Valyuta ehtiyatlarının ötən illə müqayisədə daha da artacağını proqnozlaşdırırıq. Lakin burada neftin qiyməti çox önəmlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək