İngiltərənin paytaxtı Londonun mərkəzinə ən yaxın hava limanı olan “City” müvəqqəti olaraq bağlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanının qapanmasına səbəb təyyarələrin eniş platformasında II Dünya müharibəsindən qalma bir bombanın tapılması olub.
Verilən məlumata görə, hava limanı partlayıcı maddənin zərərsizləşdirilməsindən sonra açılacaq.