Modern.az

Əli Həsənov: «Qarşıdakı 24-26 ay müddətində jurnalistlərin evi istifadəyə veriləcək»

Əli Həsənov: «Qarşıdakı 24-26 ay müddətində jurnalistlərin evi istifadəyə veriləcək»

Media

20 İyul 2011, 11:57

«Milli mətbuatımızın 136-cı ildönümü ilə bağlı ayrı-ayrı media qurumları, o cümlədən Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu kimi təşkilatların xətti ilə müxtəlif bayram tədbirləri keçirilir. İyulun 22-də bu qürümların ümumiləşmiş bir tədbiri keçiriləcək».

Modern.az-ın xəbərinə görə, bu barədə məlumat verən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, həmin tədbirdə media orqanlarından fərqlənmiş jurnalisilərə ayrı-ayrı mükafatlar təqdim olunacaq.

Şöbə müdiri onu da bildirib ki, jurnalistlər üçün tikilməsi nəzərdə tutulan binanın inşaası ilə bağlı lazımi sənədləşmə işləri gedir: «Yəqin ki, bu günlədərdə tenderin nəticələri elan olunacaq. Bununla binanın tikintisini davam etdirəcək firma bəlli olacaq. Düşüncəmizə görə, qarşıdan gələn 24-26 ay müddətində bina tam istifadəyə veriləcək».

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi