Modern.az

AZAL daha 2 nəfəri “qara siyahı”ya saldı - “Arzuolunmaz sərnişinlər” 120 nəfərə çatdı  

AZAL daha 2 nəfəri “qara siyahı”ya saldı - “Arzuolunmaz sərnişinlər” 120 nəfərə çatdı   

12 Fevral 2018, 13:49

“Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı”na 120 nəfər daxildir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Rəsmi məlumata görə, 2017-ci ildə 49 nəfər “Arzuolunmaz sərnişinlərin siyahısı”ndan çıxarılıb:


“2018-ci ildə isə siyahıya 2 arzuolunmaz sərnişin salınıb, 7 nəfər isə çıxarılıb”.


P.Kəsəmənski deyib ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır:


“Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir”.

 

Qurum rəsmisi bildirib ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı” ilə aviaşirkətin saytında tanış olmaq mümkündür:

“Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və passport nömrəsini yazaraq sərnişinin arzuolunmaz sərnişinlərin siyahısında olub-olmaması və əgər siyahıya daxil edilmişdirsə, hansı səbəbdən daxil edilməsi barədə məlumat almaq mümkündür”. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək