Modern.az

Milli Məclisin İntizam Komissiyasının iclası oldu - Tərkibə yenidən baxılacaq  

Milli Məclisin İntizam Komissiyasının iclası oldu - Tərkibə yenidən baxılacaq   

12 Fevral 2018, 15:24

Milli Məclisin Daxili Nizamnaməsində göstərilib ki, parlamentin ilk iclasında və sonra hər il yaz sessiyasının birinci iclasında İntizam və Hesablayıcı  komissiya yaradılır. Hər iki komissiya Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir.


Bu ilin yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında da Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi müəyyənləşib.


İntizam komissiyasının tərkibinə deputatlar Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxil edilib.


Hesablayıcı komissiyanın tərkibinə isə deputatlar Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilib.

 

Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yeni tərkibi formalaşdıqdan sonra yeni iclasları keçirilibmi?

 

Məsələ ilə bağlı Milli Məclisin İnztizam Komissiyasının üzvü Fazil Mustafa Modern.az-a açıqlamasında deyib ki, komissiyanın iclası olub və orada katib seçilib.

“Çox güman ki, bu yaxınlarda İntizam Komissiyasının ixtisaslaşmış tərkibi seçiləcək. Ola bilsin ki, komissiyanın tərkibində dəyişiklik oldu. Çünki “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik oldu və İntizam Komissiyası həmin qaydaları pozan şəxslərlə bağlı şrəy verə biləcək. Həmin rəyi də ixtisaslaşmış komissiya verə bilər. Burada müəyyən təhqiqatın aparılması və hüquqi rəyin verilməsindən söhbət gedir. Bu baxımdan İntizam Komissiyasının tərkibinin təşkili yenidən nəzərdə tutulacaq”.

 

 Milli Məclisin Hesablayıcı Komissiyasının üzvü Zahid Oruc bildirib ki, Milli Məclisin yaz sessiyasının birinci iclasında komissiyanın sədri və müavini seçilir.

“Parlamentdə xüsusi hadisələr baş verməyib. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Komissiyanın üzvləri isə ötən dövr ərzində bu halları araşdırmaq durumunda qalmayıblar. Parlamentin ilk iclasında sədrin seçimi zamanı komissiyanın səlahiyyətləri işə düşür və sonda qərarlar da onun imzası ilə qəbul olunur. Bildiyimiz kimi, Hesablayıcı komissiyanın tərkibi yenidən təşkil olundu. Komissiyanın tərkibində həmin şəxslər fəaliyyət göstərəcək. Yəqin ki, yaxın iclasda, məsələn, sabah deputatlar bir araya gələrərək bu məsələni yoluna qoyacaqlar. Orada heç bir narahatçılıq, maraq toqquşması mövcud deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək