Modern.az

“Vikiliks” yeni məxfi sənəd açıqladı: “Saakaşvili türk-erməni protokollarını dəstəkləyib”

“Vikiliks” yeni məxfi sənəd açıqladı: “Saakaşvili türk-erməni protokollarını dəstəkləyib”

20 İyul 2011, 13:12

Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin yaradılmasına rəvac verəcək Sürix protokollarını dəstəkləyib. Modern.az bildirir ki, bu barədə “Vikiliks” saytının yaydığı sənəddə deyilir. 2009-cu il 25 sentyabr tarixili məxfi sənəddə Saakaşvili ilə dövlət katibinin köməkcisi Tina Kaydenau arasında keçirilən görüş barədə qeydlər əks olunub. Bu diplomatik yazışmada gürcü prezidentin dövlət katibinin köməkçisi ilə erməni-türk yaxınılaşmasını müzakirə edildiyi bildirilir. 
“Görüş zamanı Saakaşvili Kaydenauya bildirib ki, ermənilərlər türklər arasında münasibətlərin yaranması müsbət haldır və son proseslər (Sürixdə protokoların imzalanması-red) Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa təsir edəcək”.
Saakaşvili rəsmi Bakının mövqeyinə də toxunub və deyib ki, protokolarla bağlı Azərbyacanın qısamüddətli ehtiyatlılıq nümayiş etdirəcəyini gözləyir. “Ancaq azərbaycanlılar gələcək perspektivdə münasibətlərin yaxşılaşmasının inkişafını görəcəklər”.
Kaydenau bu mövqe ilə razılaşıb və qeyd edib ki, türk-erməni münasibətləri Cənubi Qafqaza müsbət təsirini göstərəcək.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı