Modern.az

Sərdar Cəlaloğlu: “Kölgə parlamenti”nin tərkibinin 70 faizi bəllidir”

Sərdar Cəlaloğlu: “Kölgə parlamenti”nin tərkibinin 70 faizi bəllidir”

20 İyul 2011, 13:16

““Kölgə parlamenti”in tərkibinin formalaşdırılması ilə bağlı proses davam edir. Artıq siyahının 70 faizi bəllidir”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu təklifin perspektivini şərh edərkən deyib. Onun sözlərinə görə, müttəfiqi olan Ümid Partiyasını sədri İqbal Ağazadə hazırda ölkədə olmadığından bu məsələnin müzakirəsi bir qədər ləngiyir.
“İqbal bəy vətənə qayıdandan sonra  onunla bu prosesi başa çatdıracağıq. “Kölgə parlamenti”nin tərkibi 50 +1 formulu üzərində qurulacaq”-deyə ADP sədri vurğulayıb.

Qeyd edək ki, ADP sədri tərəfindən irəli sürülən “Kölgə parlamenti”nin yaradılması müxalifət düşərgəsində birmənalı qarşılanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?