Modern.az

ABŞ Misirə 1 milyard dollar ayırdı 

ABŞ Misirə 1 milyard dollar ayırdı 

12 Fevral 2018, 16:52

Vaşinqton Qahirəyə 1 milyard dollar ayırıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Misirdə xarici işlər naziri Sameh Şukri ilə birgə mətbuat konfransı zamanı deyib.

O, bu vəsaitin terrorizmlə mübarizə üçün ayrıldığını vurğulayıb.

 

R.Tillerson deyib: "Vaşinqton terrorizmə qarşı mübarizədə hərbi potensialını artırması üçün Qahirəyə 1 milyard dollar ayırıb".

Qeyd edək ki, ABŞ-ın Qahirəyə illik hərbi yardımı 1,4 milyard dollar təşkil edir.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək