Modern.az

Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərib

Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərib

Aktual

12 Fevral 2018, 20:01

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib. Modern.az xəbər verir ki,  bu barədə APA-ya ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib.

 

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

 

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi