Modern.az

Tiflisdə “Şəhərin ruhu ilə savaş” başlayıb

Tiflisdə “Şəhərin ruhu ilə savaş” başlayıb

20 İyul 2011, 13:47


Ən qədim xristian şəhərlərindən sayılan Tiflisdə  “Köhnə şəhərin yeni həyatı” adlı 232 milyon lari dəyərində layihə həyata keçirilir. Bu layihə çərçivəsində bərpa və yenidənqurma işləri aparılır.
Bünövrəsi eramızdan əvvəl V əsrdə qoyulan Tiflis tarixi binaları ilə məşhurdur. Şəhərdə 2 minillik tarixi olan kilsələr, qala binaları və sineqoq Tiflisə xüsusi özəllik verir. Osmanlı dönəmindən qalan “Göy məscid” də Gürcüstan paytaxtında yerləşir.

Keçən yüzilliklər və Tiflisdə baş vermiş zəlzələ tarixi binaların əksəriiyətini dağılma təhlükəsi qarşısında qoyub. Tarixi binaları bərpa etmək indi gerçəkləşdirilən layihənin əsas məqsədidir.

Layihə üzərində işləyən Nik Şaviaşvili işlərin qaydasında getdiyini bildirib. “Köhnə Tiflis heç də pis deyil, amma şəhərin əsas mahiyyəti olan qədim binaların bərpaya ehtiyacı var. Biz də bunu edirik”.

Nik Şaviaşvilinin fikirləri ilə razi olmayanlar a var. “Reuters” informasiya agentliyinə verdiyi açıqlamada professor Maya Maniya Tiflisin heç də bütün tarixi binalarının bərpa olunacağına inanmır.
“Şəhərdə bəzi binaları bərpa etmək mümkündür, amma bu o demək deyil ki, bütün tarixi binalar bərpa oluna bilər. Xeyr, bu yalnışdır”

Sakinlər isə yenidənqurma və bərpa işlərindən narazıdır. Bəzi Tiflis sakinlərinin illərlə yaşadığı evləri tarixi bina olaraq əllərindən alırlar.

Layihəyə görə, tarixi binalarda yaşayan sakinlərə 1 kvadrat metr üçün 400 dollar ödənilməklə evləri alınır. Layihə çərçivəsində 10 mindən çox sakinin evi bərpa olunmalıdır.

Rukif adlı sakin bərpa işlərinin sadəcə şəhəri dağıtmaq olduğunu deyir. “Bu “Yeni Tiflis” adı altında şəhərin ruhunu məhv etməkdir” – deyə Rufik bildirib.   

Sakinlər işlərdən narazı olduqlarına görə layihəyə “Şəhərin ruhu ilə savaş” adı veriblər.

Layihənin rəhbəri Tornike Abuladze isə hər şeyin qaydasında olduğunu və sakinlərin təzminatının ödənilib qurtardığını deyib. O həmçinin layihənin tamamlanması üçün kifayət qədər maddi imkan olduğunu bildirib.
“Hər şey qaydasında gedir və bu gedişlə işlər 2012-ci ildə tamamlanacaq. Layhənin digər müsbət tərəfi 1500 dən çox yeni iş yerinin açılmasıdı”.

Xatırladım ki, layihə 50 mindən çox evi əhatə edir, layihədə təmirə isə 10 min ev düşür.

Vüqar Quliyev
Tiflis

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı